“İran hökuməti güneylilərin iqtisadi vəziyyətini zəiflədir” - Urmu gölünün qurudulmasında məqsəd nədir?

İran mərkəzi hökuməti daim Güney azərbaycanlıların iqtisadi vəziyyətini zəifləməsinə çalışıb. Çünki, onların fikirlərşirlər ki, türkləri parçalamaqla milli məsələləri və mədəni tələblərin aradan qaldırılmasına nail ola biləcəklər.

 

APA TV xəbər verir ki, bunu yazıçı, jurnalist və Güney Azərbaycan milli hərəkatı üzrə ekspert, "Ərk" insan hüquqlarının müdafiəsi təşkilatının həmtəsisçisi Maşallah Rəzmi "Urmu gölünün harayı" adlı tədbirdə jurnalistlərə açıqlamasında deyib.

 

O qeyd edib ki, molla rejimi türkləri ana torpaqlarını tərk etməsi üçün müxtəfil yollara əl atırlar.

 

““Ərk” cəmiyyəti 10 il əvvəl “UNESCO”nun Tehrandakı nümayəndəliyə Urmu gölünün qurudulması ilə bağlı sənədləri təqdim etdik. Daha sonra İslam Cümhuriy­­yəti gölün qurudulmasında günahı öncəki hökumətlərin üzərinə atıb və heç vaxt məsuliyyəti boyunlarına almaq istəməyiblər. ”

 

Urmu gölünün bərpası ilə bağlı da fikir bildirən Maşallah Rəzmi qeyd edib ki, gölə gələn  3 dağdan 22 çayın qarşısı kəsilib və bu çayların qarşısı alıçalarsa göl yenidən bərpa olunacaq. O əlavə edib ki, göldən hər il 3 milyard kub metr su buxarlanır. 

Müəllif | Apa.Tv
Apa.tv