“İran peçi”ni yandırıb yatdı, sabah oyanmadı

Göygöl rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

Rayonun Rövşən Nəsibov məhəlləsində, bina 10-da kirayənişin kimi məskunlaşan 27 yaşlı Təbriz Orucov dəm qazından boğularaq ölüb.

Qonşuların sözlərinə görə, evdə tək qalan Təbriz Orucov axşam İran istehsalı olan qaz sobasını yandırıb yatıb. Səhər işə gəlmədiyi ücün iş yoldaşları onun evinə gəlib. Qapını açmadığı üçün köməyə Fövqaladə Hallar Nazirliyinin əməkdaşlarını çağırıblar.

Pəncərədən evə daxil olan xilasedicilər onun dəm qazından zəhərlənərək öldüyünü görüblər.

Bina sakinlərinin sözlərinə görə, Təbriz Orucov hərbçi imiş. Evlidir, 1 övladı var.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv