18:30 3 fevral 2023 293
Ana səhifə Xəbərlər

İran Türkiyə ilə sərhəddəki soydaşlarımızı ərazidən çıxarır - Tehranın “PJAK” planı

İrandakı molla rejiminin soydaşlarımıza qarşı zülmü davam edir. Yanvarın 18 və 28-də Xoy əyalətində baş verən zəlzələnin törətdiyi fəsadların aradan qaldırılması üçün heç bir addım atılmır. Soydaşlarımızın evləri uçub, çöldə qar üstündə yatırlar, yeməyə quru çörəyi belə zorla tapırlar. Amma buna baxmayaraq, molla rejimi hətta digər əyalətlərdən azərbaycanlılar tərəfindən edilən yardımların zərərçəkmişlərə göndərilməsinə mane olmağa çalışır. Diplomatik mənbələrdən daxil olan məlumatlarda deyilir ki, rəsmi Bakı Xoyda zəlzələdən zərərçəkmiş soydaşlarımıza hər cür yardımı göstərməyə hazırdır və bunun üçün bütün resurslara sahibdir. Lakin İran dövləti Azərbaycanın soydaşlarımıza yardım çatdırmasına imkan vermir.

Görüntülərdən aydın olur ki, Molla rejiminin məmurları Güney Azərbaycanın Urmu, Sulduz və Səlmas şəhərlərində xalq yardımlarının paylanmasına mane olur.

Digər görüntülərdə isə zəlzələdən zərər çəkmiş Xoy şəhərinin Firurəq rayon sakinləri va­li­nin kobud davranışından şikayətlənirlər. Zəlzələ nəticəsində evi yarasız hala düşmüş sa­kin deyir:

"Mənzil Fondu mənim evimin yenidən qurulması üçün 15 milyon tümən ayı­rıb, hal­buki  evin bərpası üçün 200 milyon tümən lazımdır!  Mənzil Fondundan verilən kre­di­tin az olması ilə bağlı valiyə şikayət edəndə, o dedi ki, istəmirsən alma, kim məcbur edir?

Verilən məlumatda o da qeyd olunub ki, şaxtada çöllərdə qalan ailələrin azyaşlı uşaqları həyati təhlükə ilə üz-üzə qalıblar. "Ərk" Azərbaycan İnsan Haqları Cəmiyyəti Birləşmiş Millətlər Təşkilatının Uşaq Fonduna (UNİCEF) müraciət edərək, mövcud vəziyyətə müdaxilə etməsini tələb edib.

Bəs görəsən, molla rejiminin soydaşlarımıza, öz vətəndaşlarına qarşı bu qədər qəddar davranmasının arxasında nə dayanır?

Mühacir siyasi fəal, GünAZ.Tv-nn rəhbəri Əhməd Obalı bildirib ki, İran rejimi soydaşlarımızı Xoy əyalətindən köçürmək istəyir. Molla rejimi bu addımı atmaqla İranın qərbində, Türkiyə ilə sərhddə türklərin deyil, qeyri türk xalqların, eləcə də PKK terrorçularının yerləşdirilməsini istəyir.

Səlmas şəhərindən olan və Türkiyədə mühacirətdə yaşayan siyasi fəal Məhsa Mehdi də molla rejiminin əsas məqsədinin bölgədən azərbaycanlıların uzaqlaşdırılması olduğunu bildirib və əlavə edib ki, Xoy tarix boyu regionda ən streteji yerlərdən biri olub və bu gün də molla hakimiyyəti PKK-nin İran qolu olan PJAK-ın ərazidə yerləşdirilməsi üçün xüsusi səy göstərir.

Məhsa Mehdili onu da qeyd edib ki, İran hökuməti hətta zəlzələdən zərərçəkmişlər üçün Türkiyə dövlətinin və könüllülərin yardımlarının belə ölkəyə gətirilməsinə icazə verməyib. Siyasi fəal onu da bildirib ki, azərbaycanlıların yaşadığı digər əyalətlərdən yardım gətirənləri də Tehran rejimi ya həbs edir, ya da müxtəlif cəza vasitələrinə əl atır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın