İran və Əfqanıstan sərhədçiləri toqquşdu: atışma gedir
Mayın 27-si səhər saatlarından başlayaraq İran-Əfqanıstan sərhədində hər iki tərəfin sərhədçiləri arasında silahlı qarşıdurma olub.
Bu barədə İran mediası məlumat yayıb.
İnsan tələfatı və yaralılar barədə açıqlama verilmədən tərəflər arasında atəşin davam etdiyi bildirilir.
Qeyd edək ki, İran Prezidenti Rəisinin su problemi ilə bağlı Əfqanıstanı ittiham etməsindən sonra iki ölkə arasında münasibətlər kəskinləşib.