İranda azərbaycanlı vəkil HƏBS EDİLDİ

İranda azərbaycanlı vəkil həbs edilib. 

 

APA TV Lent.az-a istinadən xəbər verir ki, bu barədə “Mouze”  teleqram kanalı məlumat yayıb.

 

Bildirilir ki, güney Azərbaycandan olan hüquqşünas və vəkil Məhəmmədrza Fəqihi oktyabrın 12-də Tehranda təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək naməlum yerə aparılıb.

 

O, Tehranda “etirazçıların hüquqlarının və İran Konstitusiyasının 27-ci maddəsinin pozulmasına” etiraz olaraq keçirilən aksiyada saxlanılıb. 

 

Onun taleyi haqqında hələlik bir məlumat yoxdur. 

 

Müəllif | Apa.Tv
Apa.tv