İranda bir şəhər etirazçıların əlinə keçdi
İranda bir şəhər tamamilə etirazçıların nəzarətinə keçib. APA TV Lent.az-a xəbər verir ki, bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb. Bildirilib ki, Cənubi Azərbaycanda qəzəbli etirazçılar Üçnova şəhərini tamamilə ələ keçiriblər. Burada yerləşən polis idarəsi yandırılıb.