13:07 22 sentyabr 2022 170
Ana səhifə Xəbərlər

İranda etirazlar davam edir: Bu dəfə polis şöbəsini YANDIRDILAR

İranda bir neçə gündür davam edən etiraz aksiyaları səngimir. 

 

APA TV Lent.az-a istinadən xəbər verir ki, aksiyaçılar dini hökumətə qarşı şüarlar səsləndirir və nəticədə polislə aksiya iştirakçıları arasında qarşıdurmalar baş verir. 

 

İsfahanda qeydə alınmış görüntülərin birində isə etirazçıların polis nəzarət-buraxılış məntəqəsini yandırması əks olunub. 

 

Xatırladaq ki, etirazlara səbəb sentyabrın 16-da 22 yaşlı Məhsa Əmini adlı qızın “əxlaq polisi” tərəfindən hicab bəhanəsi ilə döyülərək öldürülməsidir. 

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın