17:38 30 noyabr 2022 498
Ana səhifə Xəbərlər

İranda iki azərbaycanlı gənc EDAM OLUNACAQ

İranda davam edən aksiyalar fonunda Astara milli fəallarının lideri həbs edilib.

 

Bu barədə Lent.azMouze“ teleqram kanalına istinadən məlumat yayıb. Bildirilir ki, Güney Azərbaycanın Astara şəhərindən olan milli fəal Abbas Nəmin saxlanılıb.

Onu etirazların lideri kimi ittiham edirlər. Astarada son etiraz aksiyalarında həbs edilən Abbas Nəminiyə hətta vəkil tutmağa belə icazə verilmir.

 

Yaxınlarının dediyinə görə, çox güman ki, rejim bu astaralı türk gəncə ölüm hökmü çıxarmaq niyyətindədir. 

 

Bundan başqa, "MOUZE" teleqram kanalı molla rejiminin güneyli gəncə edam cəzası verməsi ilə bağlı xəbər yayıb. 

 

Qeyd olunur ki, 26 yaşlı Səhənd Nurməhəmmədzadə İnqilab Məhkəməsinin hökmü ilə ölüm cəzasına məhkum edilib.

 

26 yaşlı gənc etiraz aksiyaları zamanı zibil qutularını yandıraraq yolu bağlamaqda, ictimai nəqliyyatın fəaliyyətinə mane olmaqda günahlandırılır.

 

Yaxınları Səhənd Nurməhəmmədzadənin barəsində edam qərarının verilməsinin ədalətsiz olduğunu və bunun başqa etirazçıları qorxudaraq aksiyalardan çəkindirmək məqsədi daşıdığını bildirirlər.

 

Azərbaycanlı gənc ona qarşı irəli sürülən ittihamları qəbul etməyib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın