İranda “Instagram” və “WhatsApp”ın fəaliyyətiDAYANDIRILDI

İranda “Instagram” və “WhatsApp”ın fəaliyyəti dayandırılıb. 

 

APA TV Lent.az-a istinadən xəbər verir ki, bu barədə “Mouze” teleqram kanalı məlumat yayıb. Bildirilib ki, yeni qərarla bağlı İranın Hibrid Müdafiə Təşkilatının komandiri general Cəlali xəbər verib: 

 

““İnstagram” və “WhatsApp” sosial şəbəkələrinə qoyulan blok İran Milli Təhlükəsizlik Şurasının qərarı ilə tətbiq edilib və bu şirkətlər ölkəmizin daxili qanunlarına əməl edəcəklərinə dair öhdəlik götürənə qədər bu qadağa davam etdiriləcək”, - deyə Cəlali vurğulayıb. 

 

Müəllif | Apa.Tv
Apa.tv