İranda şəhərlərə qoşun yeridilir
İran hökumətinin şəhərlərə qoşun yeritdiyi iddia olunur.
APA TV Lent.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Görüntülərdə şəhərlərə qoşun və zirehli texnikalar yeridildiyi görünür. İddia olunur ki, hökumət etirazların güc tətbiq edərək qarşısını almaq istəyir.