İrandakı səfirliyimizə terror aktı təşkil edən şəxsin ilk məhkəmə iclası keçirilib – APA TV
Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsin cinayət işi üzrə məhkəmə iclası keçirilib. Bu barədə IRNA məlumat yayıb. Məhkəmə iclası təqsirləndirilən şəxs və onun vəkillərinin, eləcə də səfirliyimizin bir sıra məsul şəxslərinin iştirakı ilə baş tutub.
clasın əvvəlində təqsirləndirilən şəxsə hakim izahat verib və prokurorun nümayəndəsi ittiham aktını oxuyub. Yayımlanan ittiham aktına əsasən, Azərbaycan səfirliyinə hücum edən şəxs səfirlik daxilində odlu silahdan istifadə etməklə Azərbaycan Respublikası vətəndaşını qəsdən öldürməkdə, qanunsuz silah saxlamaqda, gəzdirməkdə və ictimai asayişi pozmaqda ittiham olunur. Prokurorun nümayəndəsi ittiham aktını oxuduqdan sonra təqsirləndirilən şəxs və vəkili müdafiə çıxışı edib.
Sonda hakim iş üzrə icraatın başa çatmasını elan edib və məhkəmə sədri hökmün qanuni müddət ərzində çıxarılacağını vurğulayıb.