İrandaQANLI CÜMƏ:58 ölü, 270 yaralı

Ötən gün İranın Sistan-Bəluçistan əyalətinin mərkəzi Zahidan şəhərində baş verən qarşıdurmalar zamanı ölənlərin sayı açıqlanıb.

 

APA TV Lent.az-a istinadən xəbər verir ki, Bəluç fəallar hökumətin verdiyi məlumatın həqiqəti əks etdirmədiyini deyirlər. Məlumata görə, qarşıdurmalar zamanı 58 nəfər ölüb, 270-dən çox insan yaralanıb. Ağır yaralıların çox olduğuna görə ölü sayının artacağı gözlənilir.

 

Qeyd edək ki, İran televiziyasının verdiyi rəsmi məlumatda bildirilib ki, Zahidanda baş verən qarşıdurmalarda 19 nəfər həyatını itirib, 20 nəfər isə yaralanıb.

 

Müəllif | Apa.Tv
Apa.tv