İranın Səudiyyə Ərəbistanındakı səfirliyi yenidən açılır
İranın Ər-Riyaddakı səfirliyi öz işini bərpa edib.
Bu barədə İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani məlumat yayıb.
“İran İslam Respublikasının üç nümayəndəliyi - Ər-Riyaddakı səfirlik, baş konsulluq və İranın Ciddə İslam Əməkdaşlıq Təşkilatındakı nümayəndəliyi adi qaydada fəaliyyətə başlayıb”, - Kənani bildirib.
Onun sözlərinə görə, bu, nümayəndəliklərin fəaliyyətinin bərpasının yalnız birinci mərhələsidir.