İranın Xarici İşlər naziri Azərbaycana səfər edib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycana gəlib.

 

APA TV-nin xəbərinə görə, XİN başçısının təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

 

İranlı nazir Azərbaycan Prezidentinin qəbulunda olacaq, parlamentin spikeri, xarici işlər naziri və baş nazirin müavini ilə görüşlər keçirəcək.

 

Müəllif | Apa.Tv
Apa.tv