İranın yol və şəhərsalma naziri istefa verib
İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi istefa verib.
Bu barədə İSNA məlumat yayıb. Bildirilir ki, Prezident İbrahim Rəisi nazirin istefasını qəbul edib.
İranın yol və şəhərsalma naziri səlahiyyətlərini nazirin müavini Şəhriyar Əfəndizadə icra edəcək.
Rüstəm Qaseminin səhhətindəki problemlərlə bağlı istefa verdiyi bildirilib.