İranlı mollanın etirazı: Oğurluq edə bilmirəm deyə…

Sosial şəbəkələrin İran seqmentində din xadiminin etiraz etməsi ilə bağlı video paylaşılıb.

APA TV xəbər verir ki, yolu bağlayaraq etiraz edən din xadimi 8 aydır əmək haqqı ala bilmədiyini deyib. O, yoxsulluğun ölkəni bürüdüyünü və dolana bilmədiyi üçün meyvə satışı üçün mağaza açdığını, lakin çalışdığı elmi-dini mərkəzin bu səbəbdən onun maaşını dayandırdığını iddia edib.

 

"Elmi-dini mərkəz mənə deyir ki, niyə meyvə satışı ilə məşğul olubsan, niyə xəstə atana kömək edibsən?", - deyə narazı ruhani sonda əlavə edib ki, o, da digər mollalar kimi oğurluq etməyi bacarmadığı üçün meyvə dükanı açaraq halal pul qazanmağa çalışıb.

 

Müəllif | Apa.Tv
Apa.tv