21:15 19 noyabr 2021 375
Ana səhifə Xəbərlər

İşçilər restoran sahiblərini aldada bilməyəcək – YENİ SİSTEM YARADILDI

Restoran biznesi  sözü qulağa asan gəlsə də, bu işin məşəqqətləri çoxdur. Restoran personalını seçmək, mətbəxdə yeməklərin keyfiyyətli olması, müştərilərin razı qalması kimi xırda detallarla yanaşı, restoranda yeyinti hallarının olmaması da bu biznesin öncəlikləri arasındadır. Sahibkarlar çox vaxt arzuolunmaz hallarla, yəni işçilərin müştərilərə başqa hesab deyərək əlavə pul almaları ilə qarşılaşırlar.

İşçilərinizin nə qədər yaxşı olduğunu düşünsəniz belə, hər zaman yeyinti ehtimalı var. Əgər, əməkdaşlar iş prosesini izləyən bir sisteminizin olduğunu bilirsə, əksəriyyət buna hörmət edəcək və yanlış addımlar atmamağa çalışacaq. Hər halda restoran sahibi olaraq hər yerdə bir anda olmaq çətindir. Bu səbəbdən də restoranın bütünlüklə uzaqdan izləmə sisteminə sahib olmağınız vacibdir. Hazırda məlumat verəcəyimiz bu sistem də məhz restoran biznesi üçün nəzərdə tutulub.

Yeni sistemi qoymaqla verginin hesabatı aparılacaq, vergilərə inteqrasiya ediləcək, bu da bütün məlumatların Dövlət Vergi xidmətinə ötürülməsi deməkdir.

Dünyanın bir çox ölkələrində istifadə olunan bu sistem ölkəmizdə geniş yayılmasa da,  bir çox restoran sözügedən sistemi tətbiq etməyə hazırlaşır. Onlardan biri də sahibkar Solmaz Babayevadır: “Bəzi restoranlarda yeyinti halları aşkarlanır. Bu qaçılmaz bir şeydir. İndi biz də istəyirik ki, bizim restoranımızda bu sistemi tətbiq edək ki, şəffaflıq olsun. Çox gözəl sistemdir, istəyirik tətbiq edək”.

Restoranlardan birinin administratoru Fəqan Mahmudov da proqramın üstünlüklərinin olduğunu deyir: “Düzü biz bu proqramla işləmirik hazırda. Biz praktikada rastlaşmamışıq yeyinti və yaxud da restoran işçilərinin aldatmağı ilə bağlı. Amma çox restoran var ki, bu hallarla qarşılaşır. Bu proqramın olmasının təbii ki, üstünlüyü var, mənfisi yoxdur. Çünki restoran sahibinə qarşı olan yeyintinin qarşısını birbaşa alır”.

İqtisadçı ekspert  Natiq Cəfərli deyir ki, sözügedən sistem vasitəsilə vergidən yayınma halları da mümkünsüz olacaq: “Yeni tətbiq gələcəkdə bütün restoranlara şamil ediləcəksə restoranların dövriyyəsinin birbaşa  qeydiyyata alınması üçün fürsət yaradır. Restoranların, kafelərin dövriyyəsi birbaşa inteqrasiya olunur Dövlət Vergi Xidməti orqanlarına. Nəticə etibarı ilə vergidən yayınma hallara mümkünsüz vəziyyətə gəlir. Çünki müştərinin sifarişindən tutmuş, ödədiyi məbləğə qədər, onun tərkibində olan vergi dərəcələrinə qədər kassa çeki çıxan kimi həmən mərkəzləşdirilmiş vergi sistemində də görülür”.

Digər ekspert Razi Abasbəylinin fikrincə bu sistemin tətbiqi Azərbaycana turistlərin qazandırılmasında böyük rol oynayacaq: “Bu Azərbaycanda tətbiq olunarsa çox mütərəqqi bir addım olardı. Çünki Azərbaycana gələn və bundan sonra gözlənilən potensial olaraq xüsusilə nəzər alınır ki, turistlər aldadılmasın. Turistlərə göstərilən həm xidmət, həm restoranlar, əyləncə mərkəzləri üzrə bu sistemin tətbiqi Azərbaycana əlavə turistlərin qazandırılması deməkdir. Xüsusilə də dövlət nəzarətinin bu sistemə təşkil edilməsi önəmli bir hadisədir”.

Bəs Azərbaycanda bu sistemi həyata keçirən şirkət varmı? APA TV olaraq araşdırma aparmaq qərarına gəldik. Məlum oldu ki, bu kimi xoşagəlməz halların qarşını almaq məqsədilə məhz restoran biznesi üçün nəzərdə tutulan “Bitepos” sistemi yaradılıb. Bu sistem vasitəsilə sahibkar restoranda başa verən hər şeyi uzaqdan izləyə biləcək: “Restoranlara imkan yaradılır ki, onların excel və dəfətr üzərinə yazdıqları hesabatları sistem üzərinə köçürülür. Burda onlar maliyyə hesabatlarını rahat şəkildə aparırlar. Bura nələr daxildir: İşçilərə ödədikləri əmək haqları, icbari sığortası, digər vergiləri. Onların depolarında, mətbəxlərində çıxan xərclərinin nə olduğunu buna nisbətdən, buların gəlirlərinin hesablanması sistem üzərindən aparılır. Sistemin mənası ondan ibarətdir ki, sistem 24 saat içərisində göstərir ki, hazırda restoranın 10 masası varsa, bu on masadan gələn xeyir nə qədərdir. Yəni gündəlik xeyir nə qədərdir ki, ay sonunda restoran ziyana işləməsin. Həmin Hesabat sistemində sahibkar görür ki, bir restoranın xərci 20 min manat dəyərində, qazancı 30 min dəyərində olubsa yerdə qalan 10 min bunun gəliridirsə sahibkar hesablayır ki, burdan gəlir mənfəət vergisi nə qədərdir, net gəlir nə qədər qalır. Bu halda müəyyən qədər yeyintinin qarşısı alınır”.

Qeyd edək ki, “Bitepos” yeni nəsil restoranlar üçün ağıllı pos sistemini təşkil etdiyi üçün beynəlxalq mükafatlara da layiq görülüb.

Fatma Zahidqızı,

APA TV

 

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın