İşğaldan azad olunan bu rayonumuza dolu düşdü
Laçın rayonuna dolu düşüb.
APA TV-nin yerli bürosunun məlumatına görə, dolu rayonun Qorçu kəndində yağıb. Dolu yağışı fasilələrlə 15-20 dəqiqə davam edib. Laçınlılar bunun Laçın rayonunun təbiətinin şıltaqılığı olduğunu bildirib.