İşğaldan öncə basdırmışdılar, indi qazıb çıxartdılar

Sosial şəbəkələrdə azad olunmuş rayonların birində baş verən maraqlı hadisə ilə bağlı video yayılıb.

Doğma kəndlərinə gedən soydaşlarımız erməni işğalından əvvəl yaşadıqları ərazidə gizlətdikləri məhsulu salamat tapıblar.

Qarşılaşdıqları mənzərəni telefonla videoya çəkən şahidlər təəccüblərini gizlədə bilməyiblər. Gördüklərinə inanmayan vətəndaşlarımız kəndləri işğal edilməmişdən əvvəl torpağa basdırdıqları araq dolu 3 litirlik balonları salamat çıxarıblar.

Müəllif | Apa.Tv
Apa.tv