İşıq dirəyinə çırpılan maşında 3 nəfər vardı, birini xilas edə bilmədilər

Yeni ilin ilk günlərində daha bir ağır qəza Şəmkirdə baş verib. İşıq dirəyinə çırpılan maşında 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Yol nəqliyyat hadisəsi rayonun Səməd Vurğun küçəsində qeydə alınıb. Həkətdə olan “Hundai Solaris” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib.

Şəmkir rayon Yanğından mühafizə hissəsinin xilasediciləri tərəfindən xəsarət alan 3 nəfər 17 yaşlı Telman Məmmədli, Məhərrəm Məmədov və 23 yaşlı Samir Pənahov Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həmin şəxslərdən 17 yaşlı Məhərrəm Məmədov xəstəxanada dünyasını dəyişib. Digər 2 nəfərin müalicəsi davam etdirilir.

Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv