İsmayıllıda 24 baş heyvan diri-diri yandı

İsmayıllı rayonunda dəhşətli yanğın hadisəsi baş verib.

APA TV-nin yerli bürosunun xəbərinə görə Kəlbənd kənd sakini, 1954-cü il təvəllüdlü Quliyev Rəşid İsmayıl oğluna məxsus ümumi sahəsi 132 kvadratmetr olan mal-qara tövləsində baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin İsmayıllı və Göyçay Dövlət Yanğından Mühafizə Hissələrinin 3 avtomobili və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı tövlə, içəridəki 17 baş qoyun və 7 baş inək, çardaqdakı 1.5 ton ot yanaraq tələf olub. Hadisə zamanı tövlənin yanındakı "QAZ 53" markalı yük maşını yanıb.

Alovun yaxınlıqdakı evə keçməsinin qarşısı alınıb. Xəsarət alan olmayıb. Yanğının baş vermə səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Şahnəzər Bəşirov, APA TV, İsmayıllı

Müəllif | Apa.Tv
Apa.tv