İsmayıllıda dayanacaqlar var, amma avtobus tapmaq olmur

İsmayıllıda şəhərdaxili avtobuslar işləmir. Əksər avtobuslar ümumiyyətlə yoxa çıxıb bəziləri isə çox böyük intervallarla hərəkət edirlər.

Sakinlər məcbur qalıb ya piyada hərəkət etməli olurlar, ya da taksidən istifadə edirlər. Sakinlərin sözlərinə görə, əvvəllər 5-dən çox marşrut fəaliyyət göstərsən rayonda indi bir ya iki avtobus işləyir.

Ərşə çəkilən avtobuslar bir kənara qalsın, dağılmış vəziyyətdə olan dayanacaqlar insan üzünə həsrət qalıb. Dayanacaqlarda oturacaqlar da yoxa çıxıb. Natəmizlik baş alıb gedir. Sakinlər deyir ki, dayanacaqlar ancaq qardan və soyuqdan qorunmaq üçün işə yarayır.

2020-ci ildə rayonda bir neçə ağıllı smart tipli dayanacaqlar quraşdırılmasına baxmayaraq ağıllı dayanacaqların digərlərindən fərqi sadəcə adlarıdır. Burada da quraşdırılmış sistemlər işləmir.

Sakinlərin problemlərini dinlədikdən sonra üz tutduq rayon icra hakimiyyətinə. Burada isə suallarımıza belə cavab verildi. 

Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat xidmətinin rəhbəri Tural Orucov avtobusların azlığı faktını təsdiqlədi. Bildirdi ki, daşıyıcı marşrut  8 aya yaxındır ki, fəaliyyətini dayandırıb.

İndi avtobus probleminin köklü həllini ümidlə gözləyən sakinlərin bircə qorxusu var. O da bu problemin də insan ayağı dəymən yerlərdə qurulan və heç vaxt işlədilməsi mümkün olmayan smart dayanacaqlar kimi həll ediləcəyi qorxusudur.

 

 

İlham Əhmədov, Taleh İbrahimov, APA TV

 

 

Müəllif | Apa.Tv
Apa.tv