İstanbul-Bakı təyyarəsinin ön şüşəsi çatlayıb, təyyarə geri qayıdıb
“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-076 nömrəli İstanbul-Bakı reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən, yəni ön şüşəsi çatladığı üçün hava limanına qayıtmaq qərarına gəlib.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, təyyarə yerli vaxtla saat 14:50-də İstanbul hava limanına uğurla eniş edib.
Sərnişinlərin daşınması üçün Bakıdan digər təyyarə yola düşəcək.