İstirahət mərkəzi yandı

 

Göygöldə yanğın hadisəsi baş verib. APA -TV nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb. Kəndin girişində yerləşən restoranda anidən yanğın başlayıb. İstirahət mərkəzinin ərazisində ümumi sahəsi 200 m² olan köməkçi tikilinin tavanı 50 m² sahədə və 1 ədəd generator yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yanğın baş vermə səbəbləri araşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv