İstirahət obyektinin yaxınlığında insan dölü tapıldı

Neftçala rayonunun Qırmızıkənd kəndi ərazisində yeni doğulmuş körpə meyiti aşkar edilib.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, ölü insan dölü rayonda “Dayan-dincəl” adlı istirahət məntəqəsinin sanitar qovşağında tapılıb.

 

Hazırda insan dölünün aşkar edilməsi ilə bağlı araşdırmalara başlanıb.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, yanvarın 25-i saat 18 radələrində Neftçala rayonu ərazisində yerləşən “Dayan-dincəl” adlı istirahət məntəqəsinin sanitar qovşağının qarşısında ölü insan dölünün aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Qeyd edilən faktla bağlı Neftçala rayon prokurorluğunda araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv