İstirahətə gəlmişdilər, 14 yaşlı qızları Kürdə batdı - TƏFƏRRÜAT

Samuxda ailəsi ilə istirahətə gedən qız Kür çayında boğularaq ölüb. Hadisə çayın Yeni Kənd kəndindən keçən hissəsində qeydə alınıb. Gəncə şəhər sakini, 14 yaşlı Aysel Akif qızı Süleymanova çayda çimərkən batıb. Səs-küyə ətrafdakı insanlar yığılıb. Yeniyetmənin cəsədini kənd sakinləri çıxarıb. Məlumat bildirək ki, bu ərazidə belə faktlar illərdir ki qeydə alınır. İstirahət üçün gələnlər sonda faciə ilə üzləşir. Son hadisə ilə bağlı isə Samux rayon prokurorluğunda araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv