“İstisu” mineral su zavodundan reportaj - Canlara şəfa, dərdlərə dərman

 

Bu gün işğaldan azad olunmuş digər bölgələrimiz kimi dağlar gözəli, cənnətməkan Kəlbəcərdə də tikinti-quruculuq işləri davam edir. Sərt dağlıq relyefi və iqlimi ilə seçilən bu ərazidə hər hansı tikinti işi aparmaq, layihə icra etmək həddindən artıq böyük zəhmət, enerji, vəsait tələb edir. Çəkilən zəhmətin, görülən işlərin nəticəsi olaraq burada inşa edilən zavodda Kəlbəcərin məşhur “İstisu” mineral suyu yenidən istehsal edilir. Kəlbəcərin İstisu qəsəbəsində SSRİ dövründə də zavod fəaliyyət göstərib. 1976-cı ildən etibarən istehsalına başlanılan “İstisu” mineral suyu geniş coğrafiyada şöhrət tapıb. Lakin torpaqlarımızın Ermənistan tərəfindən işğalı ilə əlaqədar 30 il ərzində “İstisu” təbii mineral suyunun istehsalı dayanmışdı. Qarabağda tarixi zəfərimizdən sonra “İstisu” təbii mineral su zavodunun təməli 2022-ci il iyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulub və zavodda quruculuq işləri 2024-cü ildə tam başa çatdırılıb. 2024-cü ilin sentyabrın 2-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə zavodun rəsmi açılışı olub.
 

Müəllif | Apa.Tv
Apa.tv