İsveç Rusiyaya qarşı müdafiəyə hazırlaşır
“İsveç Rusiyanın hücumunu istisna etmir”. Bu barədə İsveç parlamentinin Müdafiə Komitəsinin hesabatında deyilib. Bildirilib ki, Rusiya quru qoşunları Ukraynaya qarşı müharibədə iştirak etsə belə, Rusiya bu ölkəyə hərbi hücum edə bilər və buna görə də, İsveç öz müdafiəsini gücləndirməyə çalışır. Hesabatda qeyd olunub ki, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başlamasından sonra NATO-ya üzv olmaq üçün müraciət edilib. Hesabatda o da vurğulanıb ki, NATO üzvlüyünə əsaslanan İsveçin yeni müdafiə doktrinasını hazırlanır. Qeyd edək ki, NATO üzvü olan ölkələr arasında yalnız Türkiyə və Macarıstan İsveçin alyansa üzvlük ərizəsini hələlik ratifikasiya etməyib.