İsveçli səyyahlar Laçın və Kəlbəcərdə

İsveç səyyahlar qrupunun işğaldan azad edilmiş ərazilərə səfəri davam edir. Ötən gün Füzuli, Xocavənd, Cəbrayıl və Ağdam  rayonlarında olan xarici səyyahlar qrupu bu gün Kəlbəcər və Laçın rayonunda olub. 

“Club 100”-un İdarə Heyətində təmsil olunan Bengt Hildebrand rəhbərlik etdiyi qrup 31 nəfərdir. Qonaqlar şəhərdə aparılan tikinti-quruculuq işləri ilə tanış olublar. Onlara məlumat verilib ki, otuz ilə yaxın işğal altında qalan Laçın​ erməni vandalizminə məruz qalıb və evlər, tarixi tikililər və abidələr dağıdılıb. Lakin işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən burada geniş miqyaslı tikinti işlərinə başlanılıb və​ bu gün də işlər sürətlə davam etdirilir. Həmçinin səfər zamanı səyyahlar Laçın şəhərində bərpa edilmiş evlərə baxış keçiriblər. Daha sonra nümayəndəlik tərəfindən Laçının rəmzi xüsusiyyətlərini özündə əks etdirən hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Qarabağ və şərqi Zəngəzura təşkil olunan səfər 3 gün nəzərdə tutulu. Onlar, sabah,   səfərin sonuncu günü Zəngilan və Cəbrayıl rayonlarına səyahəti sona çatacaq.

Müəllif | Apa.Tv
Apa.tv