İtaliya İspaniya ilə üz-üzə - AVRO-2020-DƏ FİNALÇI KİM OLACAQ?

Bu gün AVRO-2020-də yarımfinal mərhələsinə start veriləcək.

 

APA TV Apasport.az-a istinadən xəbər verir ki, mərhələnin ilk günündə bir oyun keçiriləcək.

 

İlk finalçı İtaliya və İspaniya millilərinin görüşündə bəlli olacaq. AVRO-2012-nin finalçıları arasında qarşılaşma İngiltərənin paytaxtı Londondakı “Uembli”də baş tutacaq. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

 

Qeyd edək ki, iyulun 7-də baş tutacaq ikinci yarımfinalda İngiltərə və Danimarka üz-üzə gələcək.

 

Müəllif | Apa.Tv
Apa.tv