İtkin düşən qız görün haradan tapıldı?

Aprelin 1-i itkin düşən  Bakı Mühəndislik Universitetinin tələbəsi Binnətova Lamiyə Nizami qızı tapılıb.

 

BMU-nun mətbuat xidmətinin rəhbəri Elman Babayev APA-ya açıqlamasında deyib ki, itkin düşən Lamiyə Binnətovanın yaxınları universitetlə əlaqə saxlayaraq onun tapıldığını bildiriblər.

 

Məlumata görə, tələbə qız aprelin 1-də evdən çıxaraq sevdiyi oğlanla birgə gedib. Onun bu gün Masallı rayonunda aşkar edildiyi deyilir:

 

“Lamiyənin əvvəldən sevdiyi oğlan olub. Ailəsinin də bundan məlumatı var idi, amma qızın anası münasibətlərinə qarşı çıxırdı. Bu səbəbdən Lamiyə sevdiyi oğlanla gedib. Hazırda onların Masallı rayonunda olduğu deyilir. Ailə Lamiyə və onun sevdiyi oğlanın münasibətini qəbul etmir”.-deyə qızın yaxınları bildirib.

 

Lamiyə Binnətova tapıldıqdan sonra anası axtarış müraciətini geri çəkib.

 

Xatırladaq ki, Lamiyə Binnətova Bakı Mühəndsilik Universitetinin Memarlıq və inşaat fakültəsinin 3-cü kurs tələbəsidir.

 

Müəllif | Apa.Tv
Apa.tv