İtlər Qarabağı minalardan necə təmizləyir? - SANİYƏLƏR İÇİNDƏ...

İt insanın dostudur. Ancaq bu itlər tək dost deyil, həm də xilaskardır. İndi bu sevimli canlılara çox ehtiyacımız var.

APA TV-nin verdiyi xəbərə görə, bu qurddan törəmişlər işğaldan azad edilən ərazilərimizdə bizimlə çiyin-çiyinə xidmət göstərir desək, yanılmarıq.

Məhz buna görə də Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bu cins itlərə xüsusi təlim keçirlər.

Bu təlimlər nəticəsində dilsiz dostlarımız minalardan partlamamış hərbi sursata (PHS) qədər neçə-neçə müharibə qalığının təmizlənməsində iştirak edirlər. Bacarıqları isə bununla bitmir. Onlar hətta basdırılmış gizli sursatları da tapa bilirlər.

Onlar gah Ağdam, gah Füzuli, gah da başqa rayonlarda əsgərlərimizin həyatı üçün ölüm riski daşıyan minaları tapıb təlimçilərə xəbər verirlər.

Bu itlərin yetişdirilməsində əsas rolu olan şəxslərdən biri də FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloji qrupunun rəis müavini Zaur Şirinovdur: “Minaaxtarış sahəsi bildiyiniz kimi, çox təhlükəli və qürurlu işdir. Minaaxtarış sahəsində xüsusi təlim keçmiş itlərdən istifadə olunur.  FHN-nin Xüsusi Riskli Xilasetmə xidmətinin itləri ANAMA-da akkreditasiyadan keçmiş itlərdir”.

Artıq ayrılmış ərazilərin xeyli hissəsi təmizlənərək aidiyyatı üzrə təhvil verilib. Bu aydan etibarən nazirliyin minaaxtaran istehkamçıları ilə bərabər, kinoloqları da prossesə qoşulur. Son vaxtlar minaaxtaran itlərə artan tələbatın başlıca səbəbi ərazilərin partlamamış hərbi sursatlarla çirklənmə miqyasının çox böyük olmasıdır. Bu itlərin prosesə əsas qazandırdığı amil isə zamandır. Onlar mina və partlayıcı maddələri demək olar ki, saniyələr içində aşkarlayırlar.

Zaur Şirinov deyir ki, bu itlər kimi xüsusi təlim keçmiş itlər var ki, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərirlər: “Ortalama standartlara uyğun olaraq iş prosesi gedir. Yəni, hava şəraitindən asılı olaraq işimiz gedir. ANAMA standartlarında göstərildiyi kimi, havanın yağışlı vaxtında, güclü külək olduğu təqdirdə, yerin nəm olduğu vaxtlarda axtarış işlərinin aparılması qeyri-mümkündür”.

FHN-nin Xüsusi Xilasetmə Xidmətinin Kinoloji Taborunun itlərindən biri də bu itdir. İtin adı səhv etmirəmsə, “Samba”dır. Öncəliklə, özünüzü təqdim edərsiniz və bu it haqqında bizə məlumatlar verərsiniz, zəhmət olmasa.

Qeyd edim ki, bu it kimi digər xüsusi cinsə aid olan itlər var ki, hazırda burada minaaxtarış prosesində iştirak edirlər. Və yeniləri də həmin ərazilərdə yetişdirilir.

Əməliyyatlar su hövzələrinin ətrafı, su kanalları boyunca, kənd və qəsəbələrdə aparılır. Axtarış prosesində iştirak edən əməkdaşlar ən yüksək avadanlıqlarla təchiz olunub və bu sahədə beynəlxalq kurslarda iştirak edərək akkreditasiyadan keçiblər.

Biz də öz növbəmizdə quruculuq işlərində iştirak edən, işğaldan azad olunmuş ərazilərə yaxın bölgələrdə yaşayıb, kənd təsərrüfatı ilə maşğul olan vətəndaşlarımızı sözügedən ərazilərdə ehtiyatlı olmağa, müvafiq qurumlar tərəfindən müəyyən olunmuş yollardan istifadə etməyə, xüsusi işarələnmiş zolaqlardan kənara çıxmamağa çağırırıq. Mina və ya partlamamış hərbi sursatlar, əraziyə xas olmayan şübhəli əşyalar, ərazinin minalı olmasını göstərən amillər gördükdə dərhal Fövqəladə Hallar Nazirliyinin “112” və ya Daxili İşlər Nazirliyinin "102" qaynar xəttlərinə məlumat verməyiniz xahiş olunur.

İndi ehtiyat məhz Azərbaycan vətəndaşının yaraşığıdır.

Mir Çingiz Ağazadə

Kamran Namazov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv