“Jiquli” 13 yaşlı qızı vurdu - ZAQATALADA

Zaqatalada yolu keçmək istəyən 13 yaşlı qızı avtomobil vurub.

APA TV-nin məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun 133-cü kilometrliyində baş verib.

Rayonun Yuxarı Tala kənd sakini, 1995-ci il təvəllüdlü Məftun Murtuz oğlu Cabbarov idarə etdiyi “VAZ-2103” markalı minik avtomobili ilə Zaqatala şəhərindən Balakən rayonu istiqamətində hərəkətdə olarkən yolun sağ hissəsindən sol hissəsinə keçən 2007-ci il təvəllüdlü piyada, Zaqatala şəhər sakini Həlimə Şaban qızı Şabanovanı vurub.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 13 yaşlı qız Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həlimə Şabanovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirməsi üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv