“Jiquli”nin vurduğu piyada öldü - TOVUZDA
Tovuzda piyada ölümü ilə nəticələnən yol qəzası baş verib.
APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.
Əlibəyli kəndi sakini, 1963-cü il təvəllüdlü Səmədov Cəfərqulu Məmmədəli oğlu yolu keçmək istəyərkən hərəkətdə olan “VAZ 2106” markalı minik maşını onu vurub.
Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.