Jurnalistlər Füzuli-Hadrut yolunda görülən işlərlə tanış olublar

İşğaldan azad olunmuş ərazilərə media-tur təşkil olunub.

 

APA TV-nin məlumatına görə, jurnalistlər martın 15-də Prezident İlham Əliyevin təməlini qoyduğu Füzuli-Hadrut yolunda görülən işlərlə tanış olublar.

 

Bildirilib ki, uzunluğu 13 km olacaq yolun inşasına artıq başlanılıb.

 

Ərazidə böyük yol qovşağı inşa ediləcək və yeni salınan yol Füzulinin 20-yə yaxın kəndi ilə yanaşı, Hadrut qəsəbəsini və Cəbrayıl rayonunu birləşdirəcək. 

 

Müəllif | Apa.Tv
Apa.tv