Jurnalistlər Zəngilan rayonunda bərpa olunan hərbi hissəyə baxış keçiriblər

Jurnalistlər Dövlət Sərhəd Xidmətinin təşkil etdiyi mediatur çərçivəsində Zəngilan rayonunda bərpa olunan hərbi hissəyə baxış keçiriblər.

APA TV xəbər verir ki, jurnalistlər, həmçinin, hərbi hissədə aparılan tikinti-quruculuq işləri ilə tanış olublar.

Qeyd edək ki, sözügedən ərazidə hərbi hissə ilə yanaşı, döyüş xidməti aparan sərhədçilər üçün yeni yaşayış məntəqələri də tikilir.

 

Müəllif | Apa.Tv
Apa.tv