Kabildən dönən sülhməramlılarımız ailələrinə belə qovuşdu – ŞƏRHSİZ

Əfqanıstan İslam Respublikasının Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirən 120 nəfərdən ibarət Azərbaycan sülhməramlısı bu gün Vətənə qayıdıb.

 

APA TV xəbər verir ki, NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərərək qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirən hərbçilərimizi Ankaradan gətirən təyyarə Bakıya eniş edib.

 

Qarşılanma mərasimində Müadafiə Nazirliyinin rəsmiləri, sülhməramlıların ailə üzvləri və KİV nümayəndələri iştirak edib.

 

Müəllif | Apa.Tv
Apa.tv