Kafedə kişi və ofisiant qadın bıçaqlanıb - GÖYGÖLDƏ
Göygöldə bıçaqlanma hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonda yerləşən kafelərin birində qeydə alınıb. Belə ki, 1995-ci il təvəllüdlü Yusif Rəhimov və 1993-cü il təvəllüdlü Günel Hüseynova bıçaq yarası ilə xəstəxanaya yerləşdiriliblər.
Dərhal hər iki xəstəyə lazimi tibbi yardım göstərilib. Onların vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, Yusif Rəhimovu yeznəsi bıçaqlayıb. Onun xalası oğlu 18 yaşlı Verdiyev Aslan Ruslan oğlu kafedə xalası qızının keçmiş həyat yoldaşı, 1995-ci il təvəllüdlü Yusif Rəhimovu və həmin kafedə ofisiant işləyən 1993-cü il təvəllüdlü Günel Hüseynovanı bıçaqlayıb.
Göygöl RPŞ keçirdiyi əməliyyat axtarışları nəticəsində cinayəti törədən Aslan Verdiyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Faktla bağlı Göygöl rayon polis şöbəsində araşdırma aparılır.