Kafedə yanğın baş verdi
Ağdamda kafedə yanğın olub.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Quzanlı qəsəbəsi, Heydər Əliyev prospektində qeydə alınıb. Füzuli Hüseynova məxsus kafedə başlayan yanğın zamanı kafenin həyətində yerləşən otaqlardan biri yanıb.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yanğının ətraf obyektlərə keçməsinin qarşısı alınıb.