Qəlyan çəkməyə gəldi, “PlayStation” apardı - HADİSƏ ANI
Abşeron rayonunda kafedən 1 ədəd PlayStation 4 aparatını oğurlayıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, fakt Xırdalan şəhərində qeydə olunub.
Naməlum şəxs müştəri kimi daxil olduğu kafedən oğurluq edir. Hadisə anbaan təhlükəsizlik kamerasının yaddaşına həkk olunub.
Təxminən yaşı 30-35 olan naməlum şəxs əvvəlcə müştəri kimi içəri daxil olaraq qəlyan sifarişi verir. Daha sonra aparatı oğurlayır.
Faktla bağlı araşdırma aparılır.