“KamAZ” piyadanı parça-parça etdi
Ucarda avtomobil piyadanı vurub.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Ənvər Məmmədxanlı kəndindən kecən hissəsində baş verib. Qoşqulu "KamAZ" markalı yük maşını yolu keçən piyada, Kürdəmir rayon sakini, 1949-cı il təvəllüdlü Bəhrəm Şərif oğlu Dəmirovu vurub. Bəhrəm Dəmirov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.