Kamil Zeynallıdan təzyiq vasitəsi kimi istifadə olunur?

Azərbaycanlı tanınmış fitnes məşqçisi Kamil Zeynallı ötən gecə Ermənistanın sorğusu əsasında saxlanılıb. Bunu onun vəkili Ələkbər Qarayev bildirib. Vəkil Kamil Zeynallının Ermənistan cinayət məcəlləsinin müvafiq maddələri ilə ittiham olunduğunu qeyd edib. Hüquqşünas Şamil Paşayevin sözlərinə görə, bu saxlanılmanın İnterpol xətti ilə reallaşdırıması inandırıcı görünmür. Bu daha çox KTMT və MDB çərçivəli prosedura bənzəyir. Kamil Zeynallının Ermənisatana ekstradisiyasına gəldikdə isə buna görə o, Rusiya tərəfindən də cinayətkar hesab olunmalıdır. Nəzərə almaq lazımdır ki, MDB ölkələri arasında vətəndaşların ekstradisiyası, hüquqi yardımla bağlı Minsk və Kişinev konvensiyaları var. Bu konvensiyaların tələblərinə görə Azərbaycan vətəndaşının ittiham olunduğu cinayət işi üzrə istintaq Azərbaycanda da davam etdirilə bilər. Qeyd edək ki, məsələyə Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən də münasibət bildirilib. XİN-in mətbuat xidmətindən verilən açıqlamada diqqətə çatdırılıb ki, məsələ Rusiyadakı səfirliyimizin nəzarəti altındadır.

ORXAN ASLAN RASİM BƏHRAMİ APA TV

Müəllif | Apa.Tv
Apa.tv