Kamran Əliyev Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini təyin edilib

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri, polkovnik Kamran Əliyev yeni vəzifəyə təyin olunub.

 

APA TV-nin məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, K. Əliyev Baş Dövlət Yol Polisi İdarəsi rəisinin müavini və Qeydiyyat, İmtahan İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

 

K. Əliyev APA-ya açıqlamasında faktı təsdiqləyib.

 

Müəllif | Apa.Tv
Apa.tv