Kanadada vəziyyət gərginləşdi: Sürücülər ölkəni iflic edib

Kanadanın Baş naziri Castin Trüdonun itkin düşdüyü iddia olunur. Bu barədə İngiltərənin məşhur “Dailymail” portal məlumat yayıb.

 

Bildirilir ki, ötən həftəsonu ölkənin Kvebek və Ontario əyalətlərində çoxminli anti-vaksin aksiyaları start götürüb. Hökumət vəziyyətin gərginliyini və təhlükəni əsas gətirərək Baş naziri və ailəsini paytaxt Ottavaya köçürüb. “CBC” kanalının məlumatına görə, aksiyalar səbəbindən Trüdo, həyat yoldaşı və uşaqları paytaxtda gizlədilib. Bəzi Qərb nəşrlərində Baş nazirin qaçırıldığı da iddia olunub.

Qeyd edək ki, aksiyalar şənbə günü Kanadanın Britiş Kolombiya əyalətində yük avtomobillləri sürücülərinin vaksin əleyhinə aksiyaları ilə başlayıb. “Dailymail”in məlumatına görə,etirazlar  qısa zamanda ölkənin ən sıx məskunlaşma olan bölgələrinə - Kvebek və Ontarioya da yayılıb. Beləcə vəziyyət daha da gərginləşib. Yükdaşıma şirkətlərinin sürücüləri işlərindən uzaqlaşıblar, yəni yük transferini yerinə yetirmirlər və bu da əyalətlərdə ərzaq çatışmazlığına səbəb olub. Dərgi qeyd edir ki, “Azadlıq konvoyu” adlı aksiyada 50 mindən çox sürücü iştirak edir.

Aksiya iştirakçıları vəziyyətin bu həddə çatmasında Castin Trüdonu günahlandırırlar. “Nyuyorkpost” saytı yazır ki, hazırda Kanada iki yerə bölünüb: baş naziri dəstəkləyənlər və əleyhinə olanlar.

Aksiyalar hazırda da davam etməkdədir.

 

Fuad Sadıqov APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv