Kanala yıxılan sərxoş şəxs boğuldu - SAATLIDA

Saatlı sakini kanalda batıb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Qaranuru kəndində qeydə alınıb.

Kənd sakini - 1965-ci il təvəllüdlü Məmmədov Kamil Əmirxan oğlu su kanalına düşərək boğulub. Onun kanala sərxoş vəziyyətdə yıxıldığı bildirilir.

 

Kanalda boğulan şəxsin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv