Kanalda batdığı ehtimal olunan itkin qadının axtarışları davam edir

Saatlıda kanalda batdığı ehtimal olunan itkin qadının axtarışları davam edir.


APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə 1989-cu il təvəllüdlü Mirzəyeva Afət Xanlar qızının bir neçə gün əvvəl naməlum şəraitdə itkin düşməsi və onun yaşadığı Saatlı rayonunun Mustafabəyli kəndi ərazisindəki su kanalında batmasına əsaslı şübhələrin olması barədə məlumat daxil olub. Məlumat daxil olduqdan sonra dərhal hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Yanvar ayının 27-dən itkinin düşən 31 yaşlı qadının Saatlı rayonunun Musatafabəyli kəndi ərazisindən keçən Sabir adına kanalda batdığı ehtimal olunduğundan orda axtarışlar davam etdirilir. 


Qeyd edək ki, Afət Mirzəyeva ailəli olub, 2 övladı var.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
 

Müəllif | Apa.Tv
Apa.tv