“Kapital Bank” fəaliyyət strategiyasını açıqladı

 

“Kapital Bank”ın İdarə Heyətinin sədri, Baş İcraçı Direktor Fərid Hüseynov media nümayəndələri ilə görüşüb. Mətbuat konfransında bankın 2023-cü il ərzindəki fəaliyyəti haqqında ətraflı məlumat verilib və 2024-2026-cı illər üçün fəaliyyət strategiyası açıqlanıb. Baş icracı direktor Fərid Hüseynov bildirib ki, bankın xalis mənfəətdə 200 milyon manatın üzərində nəticə göstərəcəyi gözlənilir. Bankın kredit portfeli 4,1 milyard manat, depozit portfeli isə 6,6 milyard manat təşkil edir. Ötən ilin eyni dövrü ilə müqayisədə bu il kredit portfeli 921 milyon, depozit portfeli isə 340 milyon manat həcmində artıb. Bundan əlavə bu il 100 milyon manata yaxın məbləğdə vəsait keşbek, mil və 2 qat ƏDV bonusları olaraq müştərilərə geri qaytarılıb. Beynəlxalq reytinq agentlikləri – “Moodies” və “Standard and Poor” bankın reytinqini yüksək olaraq qiymətləndirir.

Müəllif | Apa.Tv
Apa.tv