Karantin qaydalarını pozan çörək sexi aşkarlanıb - GƏNCƏDƏ
Gəncə şəhərində sərtləşdirilmiş karantin rejimi qaydalarını pozaraq fəaliyyətini davam etdirən çörək sexi aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə Regional Qrupundan APA TV-nin yerli bürosuna verilən xəbərə görə, şəhərin Nizami rayonu ərazisində yerləşən sexin fəaliyyəti polis əməkdaşları tərəfindən dayandırılıb.
İşçilər və obyekt sahibi barəsində qanunamüvafiq tədbirlər görülüb.