Karantin qaydalarını pozaraq balıq ovlayan şəxslər tutuldu

Karantin qaydalarını pozaraq balıq ovlayan beş nəfər saxlanılıb.

DİN mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, rayon Polis Şöbəsinin və Baş Mühafizə İdarəsinin Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə Polis Alayında 4-cü bölüyünün əməkdaşlarının birgə keçirdiyi tədbirlər nəticəsində “Taxtakörpü” su anbarından balıq ovlayan şəxslər saxlanılıb.

Araşdırmalarla onların Sumqayıt şəhər sakinləri Fariz Məmmədov, Eldar Cəfərov, Səbuhi İsmayılov və Şabran rayon sakinləri Ziya Şükürov, Şirin Hüseynov olduqları müəyyən edilib.

Saxlanılan Ziya Şükürov su anbarına istirahətə gəldiklərini bildirib: “Taxtakörpü su anbarına getmişdik istirahətə. Düşdük balıq tutmağa gəlib polis əməkdaşları tutdu bizi. Cəmi 3 balıq tutmuşduq”.

Məlum olub ki, həmin şəxslər Eldar Cəfərovun idarə etdiyi “Lada” markalı maşını ilə su anbarı ərazisinə gizli yollarla daxil olaraq, oradan balıq ovlamaq istəyiblər.

Həmin şəxslərə məxsus tilovlar, eləcə də dörd ədəd ovlanmış balıq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

Müəllif | Apa.Tv
Apa.tv