Karantin qaydalarını pozaraq gizli toy edənlər cərimələndi

Ağsuda xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli şəkildə toy məclisi təşkil edilməsinin qarşısı alınıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun Padarqışlaq kənd sakini Səxavət Həsənovun oğluna toy məclisi təşkil etməsi barədə Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşları dərhal həmin ünvana gələrək karantin qaydalarının pozulması halını aşkar ediblər. Məclisin təşkilatçısı Səxavət Həsənov və digər 14 nəfər Polis Şöbəsinə dəvət olunub.

 

Xüsusi karantin qaydalarını pozan ümumilikdə 15 nəfər barəsində protokol tərtib olunaraq cərimə ediliblər.

 

Şahnəzər Bəşirov

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv